"Sabah" Bakıda "Hapoel"ə qarşı fərqli oynaya biləcək potensiala malikdir"

12:22 - 25 Avqust 2026

"Qəbələ" və "Araz-Naxçıvan"da baş məşqçi kimi çalışmış Elmar Baxşıyev Sportal.az saytına açıqlama verib.

O, Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda mübarizə aparan "Sabah"ın bu gün "Hapoel"ə (Beer-Şeva) qarşı keçirəcəyi cavab görüşündəki şanslarından bəhs edib.

Baxşıyevin sözlərinə görə, Azərbaycan çempionu Bakıdakı matçda geri dönüş edərək, liqa mərhələsinə yüksələ bilər:

"Sabah" ilk oyunda məğlub olsa da, evdəki matçda qələbə qazanaraq tarixə imza ata bilər. Onlar bunu göstərə biliblər. "Hapoel"ə qarşı Rumıniyadakı görüşə də yaxşı başlasalar da, sonradan oyunun ritmini rəqib ələ keçirdi. Belədə, "Sabah" üzərində üstünlük qazanaraq qələbə qazandı. Düşünürəm ki, "Sabah" evdə daha fərqli oynaya biləcək potensiala malikdir. Səhvsiz və diqqətli oyun nəticəsində qrupa düşmək ehtimalı yüksəkdir. Bilirsiz, ilk matçda da "Hapoel"in də boşluqlar verdiyi görünürdü. Özü də "Sabah" və "Hapoel" bir-birinə oxşarlığı ilə seçilən komandalardır. "Sabah"a uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Mirbağırağa
 

Xəbər xətti