Almaniya millisinin forvardı Nik Voltemeyd yeni mövsüm hansı komandada oynayacağına qərar verməyib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, alman 24 yaşlı hücumçu 5 klub arasında seçim edəcək.
Alman forvarda “Leyptsiq”, “Borussiya”(Dortmund) ,”Barselona”, “Aston Villa” və sabiq komandası olan “Ştuttqart” rəsmi müqavilə irəli sürüb.
Amma “Nyukasl”la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədər olan hücumçu hələ ki yekun qərarını verməyib.
“Verder”, “Elversberq” klublarında oynamış Nik 2025-ci ildə “Ştuttqart”dan “Nyukasl”a keçib.
