"Sabah"la oyunun bizim üçün müsbət sonluqla bitəcəyinə inanıram"

19:35 - 24 Avqust 2026

"Hapoel"in (Beer Şeva) qapıçısı Ofir Marsiano UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Sabah"la cavab matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportal.az 36 yaşlı israilli qolkiperin fikirlərini diqqətinizə çatdırır:

​"Bizi vacib oyun gözləyir. Öz gücümüzə inanırıq. Tamamilə bu oyuna köklənmişik. Bilirik ki, çətin olacaq. Lakin çətinliklər bizi gücləndirir. Biz komanda olaraq yaxşı nəticə üçün dua edirik. Oyunun bizim üçün müsbət sonluqla bitəcəyinə inanıram".

Qeyd edək ki, "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək. Komandalar arasında baş tutan ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti