"Bayer"in futbolçusu Ernest Poku karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Beşiktaş" niderlandlı oyunçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Almaniya klubu "qara qartallar"ın təklifini qəbul edib. Poku da "Beşiktaş"la müqavilə şərtlərini razılaşdırıb. Türkiyə klubu 22 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürəcək. Oyunçu tibbi müayinədən keçmək üçün sabah İstanbulda olacaq.
Qeyd edək ki, "Bayer" Ernest Pokunu 2025-ci ilin yayında "AZ Alkmar"dan 10 milyon avroya transfer edib. Niderland U-21 millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində 45 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
