"Yuventus"un qapıçısı Premyer Liqa klubunda - RƏSMİ

15:14 - 25 Avqust 2026

İngiltərənin "Bornmut" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Yuventus"dan Mikele Di Qreqorionu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qolkiper mövsümün sonuna kimi "Bornmut"un formasını geyinəccək. "Qırmızı-qaralar" 29 yaşlı "əlcək-sahibi" üçün Turin klubuna 1,3 milyon avro icarə haqqı ödəyiblər.

Qeyd edək ki, "Yuventus" Mikele Di Qreqorionu 2024-cü ilin yayında "Montsa"dan transfer edib. İtaliya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası nəhənginin heyətində meydana çıxdığı 37 rəsmi matçda 36 qol buraxıb. O, 17 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti