“Barselona” Aleks Baldenin bu yay komandadan ayrılacağı təqdirdə "Leyptsiq"in mərkəz müdafiəçisi Kastello Lukebanı transfer etməyi düşünür.
Sportal.az “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun müqaviləsində 80 milyon avroluq sərbəst qalma bəndi var. Bununla belə, Aımaniya klubu 45-50 milyon avroluq təklifi dinləməyə hazırdır.
Lukeba ötən mövsüm bütün yarışlarda 29 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Fransa millisinin üzvü "Lion"da da oynayıb.
saytlarin hazirlanmasi
