"Nottinqem Forest" Liam Delapı "Çelsi"dən transfer edəcək.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, klublar 23 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər. “Çelsi” Delap üçün təxminən 45 milyon funt-sterlinq əldə edəcək. Bu transfer “Nottingem Forest”in tarixində rekord transfer olacaq. Futbolçunun yaxın 24 saat ərzində tibbi müayinədən keçməsi gözlənilir.
İnsayder Fabritsio Romano da klublar arasında şifahi razılığın əldə olunduğunu təsdiqləyib. Delap baş məşqçi Oliver Qlasnerlə söhbətdən sonra “Nottingem Forest”i seçib.
Delap 2025/26 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 28 oyunda 1 qol vurub və 4 sarı vərəqə alıb. O, London klubuna ötən yay “İpsviç”dən 30 milyon funt-sterlinqə transfer olunmuşdu.
saytlarin hazirlanmasi
