PSJ-nin futbolçusu Fabian Ruiz “Milan”a keçməyə hazırlaşır.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, İtaliya klubu 30 yaşlı yarımmüdafiəçinin keçidini həll etməyə çalışır. Artıq “Milan” və PSJ klubları arasında danışıqlar gedir.
Ruizin Fransa nəhəngi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir. “Betis”, “Elçe”, “Napoli” klublarında oynamış Fabian 2022-ci ildən PSJ-nin formasını geyinir.
