"Atalanta" Premyer Liqa klublarından 50 milyon avro tələb edir

21:24 - 11 İyul 2026

"Atalanta"nın hücumameyilli yarımmüdafiəçisi Şarl De Ketelare İngiltərə Premyer Liqasının iki klubunun maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

​İtaliya klubu 25 yaşlı belçikalı futbolçu üçün 50 milyon avro tələb edir. Oyunçunun "Atalanta" ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Ketelare ​2025/26 mövsümü ərzində Berqamo təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 42 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Şarl dünya çempionatında isə 5 qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti