Millimizin sabiq baş məşqçisi işsiz qaldı

10:34 - 26 Avqust 2026

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenə işsiz qalıb.

Sportal.az xəbər verir ki, xorvat mütəxəssis Qırğızıstan millisindən ayrılıb.

Bu barədə yerli federasiyanın mətbuat xidməti açıqlama yayıb.

Qarşılıqlı razılıq əsasında onun müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, millimizin keçmiş mütəxəssis ötən ilin dekabrından Qırğızıstan yığmasına baş məşqçi təyin edilmişdi. 

O, 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Xəbər xətti