"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubunda

09:18 - 10 İyul 2026

"Qarabağ"ın sabiq futbolçusu Julio Romao Rusiyada oynayacaq.

Sportal.az xəbər verir ki, braziliyalı "Axmat"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Romao ilə 3 illik müqavilə imzalanıb.

O, 2022-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. 28 yaşlı futbolçu ötən ilin yayında “Ferentsvaroş”a keçmişdi.

Xəbər xətti