"İmişli" ötən ay heyətinə qatdığı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

14:15 - 26 Avqust 2026

"İmişli" futbolçusu Dominqos Sengui Hermenegildo (Picas) ilə yollarını ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "İmişli" ötən ay heyətinə qatdığı Dominqos Sengui Hermenegildo ilə 2+1 illik müqavilə imzalamışdı.

Xəbər xətti