"Neftçi" 2000, "İmişli" 700 manat cərimələndi

14:30 - 26 Avqust 2026

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının II turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

22.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

23.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 60.2);

Xəbər xətti