İngiltərənin "Mançester Siti" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Lill"dən Əyub Buaddini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mançester Siti" mərakeşli yarımmüdafiəçi üçün Fransa klubuna 95 milyon avro təzminat ödəyib. 18 yaşlı futbolçu yeni klubu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Əyub Buaddi 2021-ci ilin yayında "Lill"in akademiyasına qoşulub. Mərakeş millisinin üzvü Liqa 1 təmsilçisinin əsas komandasının heyətində meydana çlıxdığı 96 rəsmi matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
