"İnter"in futbolçusu Kristian Asslani karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirmiş alban yarımmüdafiəçi hazırda “Əl-Cəzirə” ilə danışıq aparır.
24 yaşlı futbolçu hələ ki 2026/2027 mövsümünü hansı komandada keçirəcəyinə qərar verməyib.
Çünki BƏƏ klubu ilə yanaşı ona “Monza”, “Əl-İttihad” və “Sassuola” da təklif göndərib. Asslaninin “İnter”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, 2022-ci ildə “Empoli”dən “İnter”ə keçib və “Torino”da da icarə əsasında oynayıb.
