"Sabah"ın kapitanı və qapıçısı Stas Pokatilov Sportal.az saytına açıqlama verib. O, komandasının Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda "Hapoel" (Beer-Şeva) səddini keçərək, əsas mərhələyə adlamasına münasibət bildirib: "Nə deyəcəyimi bilmirəm, hələ də inana bilmirəm. Həm mənim, həm də bizim arzumuz gerçəkləşdi. Əsas mərhələdə hansı rəqiblərlə düşəcəyimizə gəldikdə, düzünü desəm, müxtəlif mərhələlərdə bundan danışırdıq. Bunun arzusunda idik. Bilmirəm, istənilən rəqiblə qarşılaşmaqdan xoşbəxt olaram. Həm də bu, Çempionlar Liqasının qrupudur".
Təcrübəli qolkiper matçın gedişində və fasilədə baş məşqçinin onlara hansı tapşırıq verməsindən də bəhs edib: "Baş məşqçi fasilədə xüsusi nəsə demədi. Çünki oyundan əvvəl bildirmişdi. Yəni biz qol vurmalı, qalib gəlməli idik. Ona görə də öz oyunumuzu davam edirdik. Hesab 4:2 olanda, artıq uğuru qazandığımızı düşündüm...Vurduğumuz qolların hər biri çox vacib idi. Sadəcə, dördüncü qolla onları sanki tam inamsızlaşdırdı və düşünürəm ki, onların özünə inamsızlığını daha da artırdıq, eyni zamanda özümüzə daha çox inam qazandırdıq. Ona görə də vurduğumuz hər bir qol çox uğurlu və vacib idi".
Pokatilov, Çempionlar Liqasının liqa mərhələsinin püşkatmasından da danışıb: "Mənim sevimli klubum "Arsenal"dır. Görək də, püşkatma bizi kimlə qarşılaşdıracaq. Əslində, orada bütün klublar, xüsusilə də birinci səbətdə olan komandalarla oynamaq hər bir futbolçunun arzusudur. Həmin komandalarla onların stadionlarında meydana çıxmaq da, həmçinin. Mənim üçün də istisna deyil. Mənim arzum artıq gerçəkləşib".
saytlarin hazirlanmasi
