"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Atletiko"nun hücumçusu Xulian Alvaresin mümkün transferi ətrafındakı vəziyyətə münasibət bildirib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis almaniyalı mütəxəssis argentinalı forvardın keçidi həll olunmasa, başqa hücumçu gətirməyəcəklərini bildirib:
"Bu mövzu haqqında danışmaq istəmirəm. Hər şey bir məqama gəlib çıxır: ya Xulian, ya da yeni hücumçu olmadan keçinəcəyik. Klubdakı vəziyyət mənə bəllidir. Çox yaxşı transferlər edilib. Klub gələcək haqqında düşünməlidir. Mən isə baş məşqçi kimi daha çoxunu və daha yaxşısını istəyirəm.
Komandama tamamilə etibar edirəm. Biz çıxış yolu tapmalıyıq. Oyunçuların səviyyəsi çox yüksəkdir. İdman direktoru Deku əla iş görür. Gələcəyə baxırıq. Həm indi, həm də qarşıdakı 3-5 il perspektivində nəyin daha yaxşı olduğunu dəyərləndiririk. Klub üçün sabitlik istəyirik".
saytlarin hazirlanmasi
