"Barselona"nın müdafiəçisi "Real Sosyedad"a keçir

20:39 - 26 Avqust 2026

"Barselona"nın müdafiəçisi Ektor Fort La Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Real Sosyedad" ispaniyalı futbolçunu transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real Sosyedad" Fort üçün 8 milyon avro təzminat ödəyəcək. Kataloniya təmsilçisi 20 yaşlı sağ cinah müdafiəçisinin növbəti satışından 50 faiz pay əldə edəcək.

Qeyd edək ki, Ektor Fort "Barselona"nın yetirməsidir. İspaniya U-20 millisinin üzvü 2025/26 mövsümündə icarə əsasında "Elçe"də çıxış edib. Gənc oyunçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti