Almaniyanın "Bayer" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Əl-İttihad"da çıxış edən Musa Diabinin keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Razılaşmaya əsasən, Leverkuzen klubu fransalı vingerin transferi üçün 30 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu "Bayer"lə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Əl-İttihad" Musa Diabini 2024-cü ilin yayında "Aston Villa"dan 60 milyon avroya transfer etmişdi. Fransa millisinin sabiq üzvü 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
