Premyer Liqa klubu 47 milyon avroya müdafiəçi transfer edir

20:58 - 26 Avqust 2026

Premyer Liqanı tərk edən "Vest Hem"in futbolçusu El-Haci Malik Diuf İngiltərədə klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Bretford" seneqallı müdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında şifahi razılıq əldə olunub. Premyer Liqa təmsilçisi 21 yaşlı sol cinah müdafiəçisi üçün 47 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Vest Hem" El-Haci Malik Diufu 2025-ci ilin yayında Praqa "Slaviya"sından 22 milyon avroya transfer edib. Seneqal millisinin üzvü London klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti