FİFA Argentina millisinin futbolçularının Misir üzərindəki qələbədən sonra Folklend adaları barədə oxuduqları mahnıya görə komandaya cəza verməyəcək.
Sportal.az xəbər verir ki, 2026 Dünya Çempionatının 1/8 finalında Argentina Misiri 3:2 hesabı ilə məğlub etdikdən sonra futbolçular La cuarta estrella adlı mahnını ifa ediblər. Komandanın sosial şəbəkələrində yayımlanan videoda mahnının sözlərində həm Diego Maradonanın 1994-cü il mundialındakı diskvalifikasiyasına, həm də Folklend adalarına istinad yer alıb.
Mahnıda belə sözlər səslənib: “32 ildən sonra Skalonenin komandası oğurlanmış Dünya Kubokunun əvəzini çıxacaq. Malvinlər üçün, Dieqo üçün, Leo üçün.”
Məlumata görə, FIFA bu məsələ ilə bağlı hər hansı intizam tədbiri görməyi planlaşdırmır. Bu səbəbdən də Argentina Futbol Assosiasiyası (AFA) heç bir cəza ilə üzləşməyəcək.
Qeyd edək ki, Folklend adaları Argentina ilə İngiltərə arasında mübahisəli ərazidir. 1982-ci ildə iki ölkə arasında bu məsələ ilə bağlı silahlı münaqişə baş verib və Argentina məğlub olub. Həmin münaqişədə yüzlərlə hərbçi və mülki şəxs həyatını itirib.
Argentina və İngiltərə milliləri turnirin yarımfinalında qarşılaşa bilər. 1/4 finalda İngiltərə Norveçlə, Argentina isə İsveçrə ilə oynayacaq.
saytlarin hazirlanmasi
