Premyer Liqa klubları Almaniya millisinin müdafiəçisini istəyir

11:17 - 10 İyul 2026

Almaniya yığmasının və “Leyptsiq”in müdafiəçisi David Raum İngiltərəyə yollanmağı planlaşdırır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçuya birdən-birə üç klubdan təklif alıb.

“Bornmut”, “Liverpul” və “Mançester Yunayted” Raum üçün dəvət göndərib.

Hazırda onun meneceri ilə danışıqlar davam edir. Alman müdafiəçinin “Leyptsiq”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Qröyter Fürt”, “Hoffenhaym” komandalarının üzvü olub.
 

Xəbər xətti