"Kəpəz"dən növbəti transferi - bu klubun kapitanını gətirdilər

14:34 - 12 İyul 2026

"Kəpəz" növbəti transferini reallaşdırıb.

Sportal.az saytına verilən məlumata görə, “Karvan-Yevlax” və “Araz-Naxçıvan”da kapitan sarğısını daşımış Vadim Abdullayev bu dəfə “Kəpəz”lə anlaşıb.

O, növbəti mövsüm Gəncə klubunun formasını geyinəcək. Tərəflər bir illik müqavilə imzalayıb. 

Xəbər xətti