Fransanın "Strasburq" klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Uqo Oliveyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Uqo Oliveyranın son iş yeri Portuqaliyanın "Famalikan" klubu olub.
saytlarin hazirlanmasi
