"Arsenal" Xulian Alvares transferini mövsümöncəsi hazırlıq başlamazdan əvvəl başa çatdırmağa çalışır.
Sportal.az xəbər verir ki, London klubu hesab edir ki, "Atletiko" hücumçusu uğrunda rəqabət hazırda zəifləyib və bu fürsətdən yararlanmaq istəyir.
Alvares “Arsenal”a keçməyə açıqdır, lakin onun əsas istəyi İspaniyada qalmaqdır. Futbolçu mümkün olsa, "Barselona" və ya "Real"da çıxış etməyə üstünlük verir. Bununla belə, “Atletiko” prinsipial rəqiblərinə oyunçunu satmağa qəti şəkildə qarşıdır.
Daha əvvəl PSJ-də Alvareslə maraqlansa da, Paris klubu yalnız vəziyyəti izləyib və paralel olaraq digər variantları da dəyərləndirib.
Hazırda “Arsenal” transfer üzərində fəal işləyir. Danışıqlarda klubun idman direktoru Andrea Berta iştirak edir.
