"Milan"ın veteranı Canni Rivera İtaliya millisinin baş məşqçi postuna təyinatı reallaşmayan Andrea Pirlo ilə bağlı yaranmış qalmaqaldan danışıb.
Sportal.az “La Repubblica”ya istinadən xəbər verir ki, Pirlo İtaliya yığmasının baş məşqçisi olmağa namizəd göstərilsə də, Rusiyanın mərc şirkəti ilə müqaviləsi səbəbindən iş baş tutmamışdı.
Rivera isə məsələ haqda bunları deyib: “Pirlo o adam deyil. Rusiya ilə əlaqələrinə gəldikdə isə, biz çox sərt olmalıyıq. Bu dövrdə belə bir əlaqə bütün İtaliya futbol hərəkatını nüfuzunu riski altına atardı. O, milli komandaya rəhbərlik edəcək adam deyil və kiminsə bu haqda pozitiv düşünməsi məni təəccübləndirərdi. Düşünürəm və ümid edirəm ki, Maldini onun Moskva mərc şirkəti ilə əlaqələrindən xəbərsiz olub".
Məlumata görə, iyulun 11-də İtaliya Futbol Federasiyasında millinin texniki direktoru təyin edilmiş Paolo Maldini Pirlo qalmaqalı səbəbindən yığmadan ayrılmağa yaxındır. Şayiələrə görə, funksioner vəziyyəti işinə müdaxilə kimi qəbul edib.
82 yaşlı veteran futbolçu 1960-1979-cu illərdə “Milan”da 501 matç keçirib 122 qol vurub. O, 1962-1974-cü illərdə isə İtaliya yığmasının heyətində 63 oyuna çıxıb, 15 qolla yadda qalıb.
saytlarin hazirlanmasi
