Yıldız əməliyyat olundu - 3 ay oynamayacaq

19:57 - 31 Avqust 2026

"Yuventus"un futbolçusu Kənan Yıldız əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Sol ayağında sınıq aşkarlanan türkiyəli vingerin əməliyyatı uğurlu keçib. 21 yaşlı oyunçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Turin təmsilçisinin hücumçusu Ceff Exator da sıradan çıxıb. 19 yaşlı italiyalı forvard komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb.

Xəbər xətti