A Seriyası klubunun yeni baş məşqçisi bəlli oldu

18:40 - 15 Oktyabr 2026

İtaliyanın "Venetsiya" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Nikolanın son iş yeri bu ilin martında tərk etdiyi "Kremoneze" olub. "Venetsiya" isə Covanni Stroppa ilə yollarını ayırıb.

Xəbər xətti