"Neftçi"nin braziliyalı futbolçusu Qustavo Klissmann Misli Premyer Liqasının 8-ci turunun "Qarabağ"la(3:3) matçından sonra jurnalistlərə açıqlama verib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu komandasının səfər görüşündə qələbəni son saniyələrdə əldən verməsi haqda danışıb:
"Əlbəttə ki, bu oyundan bir xalla ayrıldığımız üçün məyusuq. Sona qədər qələbə bizə yaxın idi. Amma sonda üç xal əldən çıxdı. Buna baxmayaraq, komanda yoldaşlarıma əzmkarlığa görə təşəkkür edirəm. Futboldur, bəzən belə şeylər də olur. Amma biz hər şeyi etdik. Əlbəttə ki, hər oyuna qələbə üçün çıxırıq. Bunu oyunumuzla da göstərmək istəyirik. Ancaq istəsən də, bəzən olmur. Üç xalı əlimizdən çıxdığı üçün üzülürük, amma futboldur, olur. Atmosfer mükəmməl idi. Azarkeşlərimizə təşəkkür edirəm. Bizim 12-ci oyunçumuz idilər. Hər oyunda bizi dəstəkləsələr, həqiqətən daha yaxşı olacaq. Onların dəstəyi mənə meydanda çox yaxşı tərəfdən təsir edirdi".
"Qarabağ"ka görüşdə iki qol vuran Qustavo Klisman yaxşı performans göstərməsi haqda bunları deyib: "Karyeramın ən yaxşı oyunu olduğunu deyə bilərəm. Mövqeyim elədir ki, hər oyun qol vurmaq şansım olmur. Bu cür böyük oyunda iki qol vurmaq şansım yarandı. Təbii ki, bu da məni sevindirir. Ancaq ümumilikdə deyim ki, bu iki qolu qələbəyə, üç xala dəyişərdim".
Mirbağırağa
saytlarin hazirlanmasi
