İntizam komitəsinin qərarları
İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin prezident müşaviri olan Elnur Əşrəfoğluya aşağıdakı cəzalar verilib.
Premyer Liqanın XII turunun "Simurq” – "Neftçi” oyunu başa çatdıqdan sonra "Neftçi” klubunun rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur.
saytlarin hazirlanmasi