"UltrAslan" Azərbaycan qrupu "İdman Azərbaycan"a etiraz etdi

16:00 - 25 Noyabr 2014

Fan-klubdan müraciət

 

26 Noyabr tarixində keçiriləcək Çempionlar Liqası D Grubu 5-ci qarşılaşması "Anderlext"- "Qalatasaray" oyununu Türkiyədə D-smart, Smart Spor yayınlayacaq.

 

Sportal.az xəbər verir ki, bu oyun ölkəmizdə ÇL-i rəsmi yayım haqqı olan AzTV və "İdman Azərbaycan"nın yayım proqramına daxil edilməmişdir.

 

"UltrAslan" fan-klubu sözügedən kanalların ölkəmizdə geniş kütləyə xitab edən, böyük azarkeş kütləsinə sahib olan klubun Çempionlar Ligası qarşılaşmasını verməməsinə səssiz qalmayıb. Fan- klub hər bir "Qalalatasaray"lıdan "İdman Azərbaycan" və AzTV-nin redaksiyalarına zəng edərək irad bildirməsini və bu oyunun canlı yayımlanmasının təmin olunmasına çalışmasını xahiş edib. 

Xəbər xətti