Yanvarda transfer oluna bilər
"Real"ın fransalı müdafiəçisi Rafael Varan "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 21 yaşlı futbolçuya qış transfer pəncərəsində 30 milyon funt-sterlinq təklif göndərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" bu sezon müdafiəsində yaşadığı problemlər ucbatından bu addımı atır.
saytlarin hazirlanmasi