Birinci Avropa Oyunları "Arab News"da
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ingilisdilli “Arab News” qəzetində gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında məqalə dərc edilib.
Sportal.az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə müəllif Abdul Hannan Taqo səfir Rasim Rzayevə istinadən birinci Avropa Oyunlarının bütün qitə üçün multi-idman tədbiri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. Bunlardan 16-sı Olimpiya və 4-ü qeyri-Olimpiya oyunudur. 17 gün davam edəcək yarışlara bütövlükdə Avropadan 6000-dən çox idmançı qatılacaq.
Məqalədə, həmçinin səfirə istinadən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, enerji resursları, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verilib.