Siyahıda "Real" Madrid və "Yuventus"dan 3 futbolçu var
FIFA ilin rəmzi komandası üçün ən yaxşı 15 yarımmüdafiçinin adını açıqlayıb.
Sportal.az xəbər verir ki, 15 yarımmüdafiəçidən 3-ü rəmzi komandada yer alacaq. Ən yaxşılar isə dünya on minə yaxın peşkar futbolçunun səsi ilə müəyyənləşəcək.
Siyahıya daxil olan futbolçuları diqqətinizə çatdırırıq:
Xabi Alonso, Bastian Şvaynştayger (hər ikisi "Bavariya"), Anhel Di Mariya ("Mançester Yunayted"), Sesk Fabreqas, Eden Hazard (hər ikisi "Çelsi"), Xavi Hernandes, Andres İniyesta (hər ikisi "Barselona"), Toni Kroos, Luka Modriç, Xames Rodriqes (hamısı "Real" Madrid), Məsüt Özil ("Arsenal"), Andrea Pirlo, Pol Poqba, Arturo Vidal (hamısı "Yuventus"), Yaya Ture ("Mançester Siti")