"Xəzər Lənkəran" Bakıda məşq etdi

19:35 - 28 Noyabr 2014

Komanda 14-cü turda istirahət edəcək

 

Azərbaycan Premyer Liqasının 14-cü turunda “Araz Naxçıvan”la qarşılaşmalı olan "Xəzər Lənkəran" Muxtar Respublika təmsilçisinin çempionatdan çəkilməsi səbəbindən bu tur məcburi istirahət edəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lənkərandakı bazasının hər iki meydançasının təmirə dayanması səbəbindən komanda paytaxtda hazırlığını bərpa edib. Artıq üç gündür ki, “Bayıl Arena”da məşqlərə başlayan  "Xəzər Lənkəran" gündə bir dəfə olmaqla taktiki və fiziki planda çalışmalarını davam etdirir.

Zədəli futbolçulardan  Adrian Skarlatake artıq fərdi məşqlərə başlasa da, Rauf Əliyev hazırlıqdan kənar qalaraq müalicə alır.

Xəbər xətti