Millimizin heyətində dəyişiklik edildi

11:00 - 1 Dekabr 2014

Məşqdə zədələndi

 

Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb. 

 

Onun əvəzinə heyətə "Fənərbaxça" komandasının üzvü Vitali Borisov dəvət olunub.

Xəbər xətti