Lənkəran stadionu hazırdır, amma...

20:00 - 1 Dekabr 2014

Klub AFFA və PFL-dən xəbər gözləyir

 

Lənkəran şəhər stadionu Azərbaycan Premyer Liqasının 15-ci turunun "Xəzər Lənkəran" - "Qəbələ" oyununu qəbul etməyə hazırdır.

Bu barədə Qol.Az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Klub rəsmisi görüşün Bakıda keçirilə biləcəyini də istisna etməyib: "Qəbələ" ilə oyunun harada keçiriləcəyi dəqiq məlum deyil. Lənkəran şəhər stadionu oyunu qəbul etməyə hazırdır. Amma AFFA və PFL tərəfindən göndərilən nümayəndələr hələ tam qərar verməyiblər. Bir-iki günə məsələyə aydınlıq gələcək. Əgər oyunun Lənkəranda keçirilməsi üçün razılıq əldə olunarsa, matç Lənkəran şəhər stadionunda baş tutacaq. Əks təqdirdə "Xəzər Lənkaran" - "Qəbələ" görüşü Bakıda keçiriləcək".

Qeyd edək ki, Lənkəran şəhər stadionunun ot örtüyü dəyişdirilməsi ilə əlaqədar Premyer Liqanın 13-cü turunun "Xəzər Lənkəran" - "Neftçi" oyunu Bakıda, "Dalğa Arena"da keçirilmişdi.

Xəbər xətti