"Çelsi"nin qapıçısı üçün PSJ və "Milan" qarşı-qarşıya gəldi

13:40 - 2 Dekabr 2014

Təcrübəli qapıçı hər iki klubun hədəfində

 

"Çelsi"nin təcrübəli qapıçısı Petr Çex PSJ və "Milan"ın transfer hədəfinə çevrilib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlar əsas heyətdəki yerini itirən 32 yaşlı qapıçının bu 2 klubdan birinə keçəcəyi gözlənilir.

 

Qeyd edək ki. Çex bu sezon klubun heyətində çıxdığı 5 matçda qapısında 3 qol görüb.

Xəbər xətti