İntizam Komitəsinin qərarları
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan birinci divizionu və əvəzedicilərin çempionatının son turunda baş verən hadisələr də diqqətdən kənar qalmayıb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK son turda yaşananlarla bağlı müvafiq qərarlar verib:
Əvəzedici heyətlərin XIV turunun “Bakı” – “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 45 nömrəli futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Əvəzedici heyətlərin XIV turunun “Simurq” – “Qarabağ” matçının 81-ci dəqiqəsində “Qarabağ” klubunun 16 nömrəli futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimələnib.
Əvəzedici heyətlərin XIV turunun “Neftçi” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, kluba 2000 manat cəza kəsilib.
saytlarin hazirlanmasi