AFFA rəhbərliyi mətbuat konfransı keçirəcək

16:30 - 2 Dekabr 2014

İclasdan sonra jurnalistlərin sualları cavablanacaq

 

AFFA rəhbərliyi mətbuat konfransı keçirəcək. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin dekabrın 3-də keçiriləcək iclasından sonra assosiasiya rəhbərliyi jurnalistlər önünə çıxacaq.

 

 

Onlar qurumun inzibati binasında baş tutacaq tədbir və digər məsələlərlə bağlı suallara cavab verəcək.

 

Qeyd edək ki, iclas saat 11:00-da başlayacaq.

Xəbər xətti