Təbriz təmsilçisi növbəti matçına çıxır
İran çempionatında 16-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Foolad"la qarşılaşır.
Komanda liderliyini qaytarmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. "Foolad" - "Traktor Sazi" oyunu Bakı vaxtı ilə saat 15:30-da başlayıb.
Qeyd edək ki, "Traktor Sazi" 15 turdan sonra turnir cədvəlində 28 xalla ikinci pillədədir.