İngiltərənin "Mançester Yunayted" klubu heyətini gücləndirmək niyyətindədir.
Sportal.az xəbər verir ki, "Atletiko”nun müdafiəçisi Dieqo Qodin klubun nəhənginin maraq dairəsinə düşüb. Komandanın baş məşqçisi Lui van Qaal uruqvaylı futbolçunu heyətində görmək istəyir.
İngiltərə klubunun vitse-prezidenti Ed Vudvard Qodin üçün istənilən 28 milyon funtu ödəmək gücündə olduqlarını bildirib.