Komandamız Belarusu məğlub etdi
Özbəkistanın paytaxtı Daşkənd şəhərində futzal üzrə beynəlxalq turnir keçirilir.
Sportal.az xəbər verir ki, bu turnirdə iştirak edən futzal üzrə Azərbaycan yığması bu gün Belarus millisi ilə qarşılaşıb. Komandamız bu matçda 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Rəcəb Fərəczadə və Namiq Məmmədkərimov vurub.
Qeyd edək ki, millimiz turnirdəki ilk oyununda Qazaxıstana məğlub olub – 1:4.
saytlarin hazirlanmasi