Komanda liderliyi qaytara bilmədi
İran çempionatında 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Foolad"la qarşılaşıb.
Komanda liderliyini qaytarmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Matç 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Traktor Sazi" turnir cədvəlində 16 turdan sonra 28 xalla ikinci pillədədir.
2 dekabr
İran çempionatı, 16-cı tur
15:30. "Foolad" - "Traktor Sazi" - 3:2
Qollar: Lusiano, 4 (0:1), Ansari, 13 (1:1), Nonq, 35 (2:1), Lusiano, 56 (2:2), Jamaati, 60 (3:2)