"Bakı"nın gənc futbolçusu: "Bir neçə klubdan təklif alsam da, getmək istəmirəm"

11:25 - 5 Dekabr 2014

Hücumçudan açıqlama

 

"Bakı"nın 21 yaşlı hücumçusu Nurlan Novruzov klubun son vəziyyəti və buradan getmək barədə danışıb.

 

Sportal.az-a açıqlamasında Nurlan bunları qeyd edib:

 

"Açığı getmək istəmirəm. Çünki bu klub mənə doğmadır, öyrəşmişəm bura. Amma hələ 21 yaşım var, gələcəyimi fikirləşməliyəm. İnşallah Hafiz müəllimin işləri qaydasına düşər, “Bakı”əvvəlki vəziyyətinə dönər, çünki bu dəqiqə vəziyyət  çətindi. Artıq pulu unutmuşam, istəyirəm ki, çempionluğa oynayıb Avro kuboklarda iştirak edərək Azərbaycanı təmsil edim. Sonda isə onu qeyd edim ki, klubda işlər düzəlməsə məcbur ayrılmalı olacam. Bir neçə klubdan təklif var, amma adını çəkmək istəmirəm.”

Xəbər xətti