Qaret Beyl ilk pillədədir
"Forbes" jurnalı Böyük Britaniyada 2014-ci ilin ən varlı idmançısının adını açıqlayıb.
Sportal.az xəbər verir ki, Madrid "Real"ının futbolçusu Qaret Beyl siyahıya başçılıq edir.
Uelsli yarımmüdafiəçi bu il 30 milyon avro qazanıb. Beyl bu məbləğin 20 milyonunu "Real"da, 10 milyonu isə "Adidas" və "EA Sports" kimi firmalarla olan reklam əməkdaşlığından əldə edib.
"Formula 1" çempionu Luis Hemilton (26 milyon) siyahıda ikinci, şimali irlandiyalı qolfçu Rori Makilroy (20 milyon) üçüncü olub.