İstanbul təmsilçisi ücumçu axtarışlarını davam etdirir
Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirmək istəyir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Marsel"in hücumçusu Pyer Giqnakı transfer etmək niyyətindədir.
Artıq klub rəhbərliyi futbolçunun agenti ilə görüşüb. Danışıqlar zamanı qarşı tərəfə ödəniləcək məbləğ və futbolçunun məvacibi müzakirə olunub.
Qeyd edək ki, Pyer Giqnak 2010-cu ildə "Tuluza"dan "Marsel"ə keçib. O, bu mövsüm Fransa Liqa 1-də 16 oyunda 11 qola imza atıb.