Dilavər Nəcəfov ilk pillədə
Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan idmanı - fotokamerada” müsabiqəsinin birincisi olub.
Sportal.az xəbər verir ki, Dilavər Nəcəfova qalibiyyəti Pekində keçirilmiş 29-cu Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks etdirən foto gətirib.
TEAS Dilavər Nəcəfovun Azərbaycanın məşhur fotoqraflarından biri olduğunu, uşaqlıq illərdindən foto sənətinə böyük maraq göstərdiyini və 20 ildən artıqdır Gənclər və İdman Naziriyində çalışdığını qeyd edib.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının təbliğatı olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.
İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.