Komanda səfərdə məyus oldu
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Dnepr" bu gün Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Dneprpetrovsk təmsilçisi 15-ci turda səfərdə "Zorya" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Dnepr" turnir cədvəlində 28 xalla üçüncü pilləsində qərarlaşıb.