"Zirvə" İdman Klubunun cüdoçusundan daha bir uğur

21:40 - 8 Dekabr 2014

Cüdoçu qız bürünc medal qazanıb

 

Cüdo üzrə yeniyetmələrin ölkə birinciliyinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, dekabrın 3-də start götürüb, 3 gün davam edən yarış “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilib.

Birincilikdə “Zirvə” İdman Klubunun cüdoçusu da çıxış edib.

“İsmayıllı-Zirvə” Klubunun təmsilçisi olan Abdullayeva Nərmin 2000-ci il təvəllüdlü qızların yarışında iştirak edib. O, 63 kq çəki dərəcəsində bürünc medal qazanaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Xəbər xətti